30 Avq 2026

ABŞ-ın “Covenant” müdafiə şirkəti 2027-ci ildən etibarən Almaniyanın Leypsiq şəhəri yaxınlığında orta mənzilli raketlərin istehsalına başlamağı planlaşdırır.
Bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, raketlərin uçuş məsafəsi 1 500 kilometrdən çox olacaq və istehsal gücü ildə 1 000 raketə çata bilər.
Şirkət ABŞ-a məxsus olsa da, layihədə istifadə olunacaq komponentlərin böyük hissəsinin Almaniya və digər Avropa ölkələrindən tədarük ediləcəyi gözlənilir.