• 29 °C
|

ABŞ-ın Nevada ştatında meşə yanğını 1000-ə qədər ev üçün təhlükə yaradır, təxliyə başlayıb

23 Avqust 2026
img

ABŞ-ın Nevada ştatının şimalında başlayan yanğının sahəsi 3,2 min hektara çatıb.

APA “ABC News” telekanalına istinadən xəbər verir ki, yanğın Reno şəhəri yaxınlığında başlayıb, 1000-ə qədər ev üçün təhlükə yaradır.

Küləyin sürətlə yayılmasına yol açdığı yanğın təhlükəsi ilə əlaqədar sakinlər təxliyə edilir, fövqəladə vəziyyət elan olunub.