• 27 °C
|

ABŞ-ın Texas ştatında hərbi helikopter qəzasında 2 nəfər ölüb

13 Avqust 2026
img

ABŞ-ın Texas ştatının mərkəzi hissəsində hərbi helikopterin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.

APA xəbər verir ki, hadisə Salado kəndinin cənubundakı ərazidə baş verib.

Polis qəza barədə yerli vaxtla saat 13:33-də məlumat alıb. Hadisə yerinə gələn əməkdaşlar böyük yanğın aşkar ediblər.

ABŞ ordusunun məlumatına görə, qəzaya uğrayan helikopter yaxınlıqdakı Fort Hud hərbi bazasında yerləşən “AH-64 Apache” hücum helikopteri olub.

Qəzanın səbəbləri araşdırılır. ABŞ ordusu bildirib ki, hazırda əsas prioritet hadisə yerinin təhlükəsizliyinin təmin edilməsi və qəzanın nəticələrinin aradan qaldırılmasına dəstək göstərilməsidir.