• 13 °C
|

ABŞ İrandan zənginləşdirilmiş uranının hamısını təhvil verməsini istəyir

14 Aprel 2026
img

Vaşinqton Tehranın sonda bütün zənginləşdirilmiş uran ehtiyatlarını təhvil verməsində israr etməyə davam edir.

APA xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens “Fox News”a müsahibəsi zamanı deyib.

"Biz bu maddələri onların ölkəsindən çıxarmaq istədiyimizi və onu öz əlimizdə saxlamaq istədiyimizi bildirmişik", – Vens bildirib.

Vens qeyd edib ki, nüvə silahı hazırlamaq planı olmadığına dair verdiyi zəmanətlərə baxmayaraq, İranın nüvə proqramı ABŞ üçün narahatlıq doğurur.