
ABŞ Kiber Komandanlığı 2026-cı ilin yayında hərbçiləri arasında baş verən bir sıra intihar hadisələrinin səbəbini müəyyən etməyə çalışır.
Bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat verib.
Məlumata görə, iyunun əvvəli ilə iyulun əvvəli arasında birbaşa Kiber Komandanlıqda və ya onunla yaxından işləyən ən azı beş nəfər intihar edib.
Agentliyin məlumatına görə, son bir ildə İrana qarşı hərbi əməliyyat da daxil olmaqla, xaricdəki münaqişələr səbəbilə Kiber Komandanlıq heyətinin iş yükü xeyli artıb.
Məlumatda bildirilir ki, bu, rəsmilərin hərbi hakerlərin ruhi sağlamlığı ilə bağlı narahatlıqlarını artırıb.
Qeyd olunur ki, 2010-cu ildə qurulduğu gündən bəri komandanlıq əsas vəzifələrdə xroniki mütəxəssis çatışmazlığı şəraitində fəaliyyət göstərir.