• 13 °C
|

ABŞ ordusu Hörmüz boğazında blokadanı yarmağa çalışan gəmilərə qarşı güc tətbiq edəcək

16 Aprel 2026
img

ABŞ Hörmüz boğazını yox, İranın limanları və sahil xəttini blokadada saxlayır.

APA xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Den Keyn mətbuat konfransında deyib.

O qeyd edib ki, ABŞ qüvvələri Sakit okeanda İran bayrağı altında üzən istənilən gəmini və ya İrana maddi dəstək verməyə cəhd edən hər hansı bir gəmini aktiv şəkildə təqib edəcək.

Den Keyn blokadanı yarmağa çalışan gəmilərə qarşı güc tətbiq olunacağını vurğulayıb.