• 30 °C
|

ABŞ senatorları Livana yardımla bağlı qanun layihəsini Senata təqdim ediblər

9 Avqust 2026
img

ABŞ senatorları Livana ABŞ-dan maliyyə yardımı göstərmək üçün qanun layihəsi təqdim ediblər.

APA xəbər verir ki, bu barədə Senatın Xarici Əlaqələr Komitəsinin internet saytında dərc olunmuş açıqlamada bildirilir.

"ABŞ senatorları, Senatın Xarici Əlaqələr Komitəsinin azlıq təşkil edən üzvü Cenni Çahin və Ceyms Lankford Livan Sanksiyaları, Sabitləşdirmə və Dəstək Qanununu təqdim etdilər", – məlumatda deyilir.

Qanun layihəsi “Hizbullah”ın maliyyələşdirilməsində və ya onun tərksilah edilməsinə mane olan xarici qurumlara qarşı sanksiyalara icazə verəcək.

Həmçinin, Livanın hərbi və daxili təhlükəsizlik qüvvələri üçün illik 200 milyon dollar maliyyələşdirməyə icazə verir.

Silahlı qruplaşma ilə mübarizədə kifayət qədər irəliləyiş əldə edilərsə, bu məbləğ 300 milyon dollara qədər artırıla bilər.