• 28 °C
|

“Apple” Britaniya hökumətini məhkəməyə verib

4 Avqust 2026
img

ABŞ-ın "Apple" şirkəti Britaniya hökumətinin istifadəçilərin şifrələnmiş məlumatlarına çıxış tələbinə qarşı məhkəməyə müraciət edib.

Bu barədə Financial Times məlumat yayıb.

Məlumata görə, şikayət dövlət qurumlarının mümkün izləmə halları ilə məşğul olan xüsusi Britaniya tribunalına təqdim edilib. İddia hökumətin Böyük Britaniyadakı istifadəçilərin şifrələnmiş bulud ehtiyat nüsxələrinə çıxış tələb etməsi ilə bağlıdır.

Nəşr xatırladır ki, Böyük Britaniya 2025-ci ildə ABŞ-ın təzyiqi ilə "Apple"dan istifadəçilərin şifrələnmiş məlumatlarına geniş çıxış tələbindən imtina etmişdi. Lakin sonradan London şirkətə yeni texniki bildiriş göndərərək ABŞ istifadəçiləri istisna olmaqla digər istifadəçilərin məlumatlarını təqdim etməsini istəyib.

"Apple" bu tələbin istifadəçilərin məxfiliyini pozduğunu bildirərək məhkəmədə ona etiraz edir. Britaniya hökuməti isə tələbi terrorizmlə və zorakılıq cinayətləri ilə mübarizə zərurəti ilə əsaslandırır.