• 26 °C
|

Argentinada helikopter qəzaya uğrayıb, 7 nəfər ölüb

30 İyul 2026
img

Argentinanın San-Xuan əyalətində meşə yanğınlarının söndürülməsinə cəlb olunan helikopterin qəzaya uğraması nəticəsində yeddi nəfər ölüb.

APA xəbər verir ki, bu barədə Argentinanın Fövqəladə Hallar üzrə Federal Agentliyi və yerli hakimiyyət məlumat yayıb.

Bildirilib ki, Bell 412 tipli helikopter La-Rioxa əyalətindəki meşə yanğınının söndürülməsinə dəstək vermək üçün yola düşərkən qəzaya uğrayıb.

Hadisənin səbəbləri araşdırılır.