• 31 °C
|

Axios: ABŞ Hörmüz boğazında gizli neft daşınması üçün dəhliz yaradıb

20 Avqust 2026
img

ABŞ hərbçilərinin İranla razılaşdırmadan Hörmüz boğazından milyonlarla barel neftin gizli daşınmasını təşkil etdiyi bildirilir.

Bu barədə “Axios” mənbələrinə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, hər gün 15-20 tanker boğazın Oman sahilləri boyunca yerləşən cənub kanalından keçir.

Bu yolla gündə təxminən 10 milyon barel neftin Yaxın Şərqdən ixrac edildiyi bildirilir.