• 28 °C
|

BMT rəsmisi: İsrail 3 gün ərzində Livanda 9 hava hücumu və 265 raket atəşi həyata keçirib

21 Avqust 2026
img

İsrail ordusu bazar ertəsindən çərşənbə gününədək Livanın cənubunda 9 hava hücumu və 265 raket atəşi həyata keçirib.

APA xəbər verir ki, bunu BMT-nin baş katibinin sözçüsü Stefan Düjarrik bildirib.

Onun sözlərinə görə, üç gün ərzində əsasən pilotsuz uçuş aparatları ilə bağlı 86 hava məkanı pozuntusu qeydə alınıb. UNIFIL həmçinin kəşfiyyat uçuşları, zərbələr və kamikadze dronlar daxil olmaqla, təxminən 30 PUA fəaliyyəti müşahidə edib.

BMT rəsmisi bölgədə hərəkət azadlığına qoyulan məhdudiyyətlərin də davam etdiyini bildirib.

Üç gün ərzində 7 belə hadisə qeydə alınıb və bu, UNIFIL patrullarının və humanitar yardım fəaliyyətlərinin gecikməsinə, marşrutların dəyişdirilməsinə səbəb olub.