• 30 °C
|

Braziliyada helikopter qəzaya uğrayıb, 4 nəfər ölüb

9 Avqust 2026
img

Braziliyanın Rio-de-Janeyro şəhərində helikopterin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.

Qatar News Agency –un yaydığı məlumata görə, helikopter Tijuka Milli Parkının sıx meşəlik ərazisinə düşüb. Ölənlər arasında pilot və eyni ailədən olan 3 kolumbiyalı turist qadın var.

Yanğınsöndürənlər cəsədləri dağlıq və çətin keçilən ərazidə aşkarlayıblar.

Hadisədən sonra Rio-de-Janeyro meri Eduardo Kavaliere helikopter uçuşlarına nəzarətin gücləndirilməsini istəyib.