• 23 °C
|

ChatGPT-nin işində nasazlıq baş verib

25 Aprel 2025
img

ABŞ-da istifadəçilər ChatGPT xidmətində nasazlıqla üzləşiblər.

APA xəbər verir ki, bu barədə “Downdetector” portalı məlumat yayıb.

Son yarım saat ərzində 3300-dən çox istifadəçi servisin fəaliyyətində problem olduğunu qeyd edib.

Nasazlığın səbəbi hələlik məlum deyil. OpenAI şirkəti məsələyə münasibət bildirməyib.