• 27 °C
|

Heqset: ABŞ Latın Amerikasındakı müttəfiqlərinin BCM-dən çıxmasını istəyir

13 Avqust 2026
img

Vaşinqtonun “Amerikalar Qalxanı” alyansına daxil olan Latın Amerikası ölkələrinin Roma Statutundan çıxaraq Beynəlxalq Cinayət Məhkəməsini (BCM) tərk etməsini istəyir.

APA xəbər verir ki, bunu ABŞ-ın müharibə naziri Pit Heqset Panama səfəri zamanı deyib.

Heqset ölkələrin suverenliyinin BCM tərəfindən məhdudlaşdırılmamalı olduğunu vurğulayaraq alyansın bütün üzvlərini məhkəmədən çıxmağa çağırıb.

O, BCM-ni ABŞ və müttəfiqlərinin hərbi əməliyyatlarına müdaxilə etməyə çalışmaqda ittiham edib.

Qeyd edək ki, ABŞ administrasiyası daha əvvəl də BCM-yə qarşı sanksiyalar tətbiq edib.