• 30 °C
|

Kanadada meşə yanğınları iki nəfərin həyatına son qoyub

15 May 2025
img

Kanadanın mərkəzində yerləşən Manitoba vilayətində baş vermiş meşə yanğınları nəticəsində azı iki nəfər həlak olub.

APA xəbər verir ki, bu barədə “CTV” telekanalı məlumat yayıb.

Yerli polis idarəsinin verdiyi məlumata görə, həyatını itirənlər bir kişi və bir qadındır.

Onların şəxsiyyətləri müəyyənləşdirilir.