21 Avq 2026

ABŞ-ın sabiq dövlət katibi Henri Kissincerin həyat yoldaşı Nensi Kissincer 92 yaşında vəfat edib.
APA xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Nensi Kissincer avqustun 20-də Konnektikutdakı evində vəfat edib. Ölümün səbəbləri haqda məlumat verilməyib.
Qeyd edək ki, Henri Kissincer 2023-cü ildə 100 yaşında vəfat edib. O, Nensi Kissincerlə 50 ilə yaxın evli olub.