• 27 °C
|

KİV: ABŞ-ın müttəfiqləri Hörmüz boğazının tam minalardan təmizlənmədiyini düşünür

27 Avqust 2026
img

ABŞ-ın müttəfiqləri Vaşinqtonun əksini açıqlamasına baxmayaraq, Hörmüz boğazında hələ də minaların qala biləcəyini düşünür.

Bu barədə "Bloomberg" məlumat yayıb.

Agentliyin məlumatına görə, ABŞ-ın müttəfiqləri boğazın minalardan təmizlənməsi istiqamətində yalnız qismən irəliləyiş əldə edildiyini hesab edirlər.

Müttəfiqlərin fikrincə, bəzi minalar sualtı axınların təsiri ilə ilkin mövqelərini dəyişmiş ola bilər.