• 29 °C
|

KİV: ABŞ Kanadadan idxal olunan bəzi məhsullara 50%-lik rüsum tətbiq edir

23 Avqust 2026
img

ABŞ və Kanada arasında ticarət danışıqları razılaşma əldə olunmadan başa çatıb və Vaşinqton Kanadadan bir sıra məhsullara 50%-lik rüsum tətbiq edir.

Bu barədə Newsweek məlumat yayıb.

Yeni rüsumlar avtomobillər və avtomobil hissələri, spirtli içkilər, süd məhsulları, kənd təsərrüfatı məhsulları, tekstil və geyim, kosmetika, mebel, elektronika, avadanlıq, brilyant və oyuncaqlar da daxil olmaqla yüzlərlə məhsula şamil olunur.

ABŞ administrasiyası bu addımı Kanadanın Amerika məhsullarına qarşı tətbiq etdiyi, Vaşinqtonun fikrincə, ayrı-seçkilik xarakterli ticarət tədbirləri ilə əlaqələndirir. Tərəflər arasında danışıqların davam etdirilməsi gözlənilir.