• 28 °C
|

KİV: Hörmüz boğazı ilə bağlı razılaşma gəmilərin İrandan keçməsini nəzərdə tutur

4 Avqust 2026
img

İrana təklif olunan Hörmüz boğazı ilə bağlı razılaşma çərçivəsində bütün ticarət gəmiləri Fars körfəzinə İranın ərazi sularından daxil olacaq, körfəzdən çıxış isə Omanın ərazi suları vasitəsilə həyata keçiriləcək. Plana əsasən, çıxış üçün heç bir ödəniş tutulmayacaq.

APA xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Tehran isə gəmilərdən keçid haqqı almaq, ABŞ hücumlarının bərpa olunmayacağına təminat verilməsi, ABŞ-ın dəniz blokadasının aradan qaldırılması və İran neftinə tətbiq edilən sanksiyaların yumşaldılmasını tələb edib.

ABŞ və Yaxın Şərq ölkələri isə keçid haqqı tələbini rədd edərək, əvəzində İranın bölgədə təhlükə yaratmayacağına zəmanət istəyiblər.

Qəzet bildirir ki, İran İnqilab Keşikçiləri Korpusunun bəzi nümayəndələri vasitəçilərə Tehranın boğaza nəzarət hüququ olmadan bu razılaşmanı qəbul etməyəcəyini, zərurət yaranarsa, aylarla döyüş əməliyyatları aparmağa hazır olduğunu deyiblər.