• 28 °C
|

Pentaqon İranla münaqişədə 687 ABŞ hərbçisinin yaralandığını açıqlayıb

5 Avqust 2026
img

ABŞ və İsrailin 28 fevralda İrana qarşı hərbi əməliyyatlara başlamasından bəri yaralanan ABŞ hərbçilərinin ümumi sayı 687-yə çatıb.

APA xəbər verir ki, bu barədə Pentaqon tərəfindən dərc edilən ABŞ hərbi itkiləri ilə bağlı son məlumatda deyilir.

Məlumata görə, fevralın sonlarında İrana qarşı başlayan "Epik Qəzəb" əməliyyatı zamanı 417 ABŞ hərbçisi yaralanıb və 14 nəfər həlak olub. ABŞ rəsmiləri bu əməliyyatın 5 mayda başa çatdığını elan ediblər.

Bundan əlavə, Pentaqon 7 iyuldan bu günə qədər xaricdəki əməliyyatlar zamanı baş verən itkilərin ayrıca sayını aparır.

Dəqiq yerlər göstərilməsə də dərc edilən məlumatlara görə, dörd ABŞ hərbçisi həlak olub və 270 nəfər yaralanıb.