• 28 °C
|

Qvatemalada Fueqo vulkanı püskürüb, kəndlər təxliyə edilib

5 Avqust 2026
img

Qvatemalada ölkənin ən aktiv vulkanlarından biri olan Fueqo vulkanının püskürməsi səbəbilə yaxınlıqdakı yaşayış məntəqələrinin sakinləri təxliyə olunur.

APA xəbər verir ki, rəsmilər püskürmə nəticəsində vulkanın yamacları ilə lava və yüksək sürətlə hərəkət edən piroklastik axınlar yayıldığını, havaya isə kül və qaz buludlarının qalxdığını bildirib.

Təhlükəsizlik məqsədilə ilk mərhələdə iki kənddən təxminən 250 nəfər köçürülüb, ölkədə narıncı təhlükə səviyyəsi elan edilib.

Rəsmilər yaxın yaşayış məntəqələrinə kül yağacağı ilə bağlı xəbərdarlıq ediblər.