• 29 °C
|

“Reuters”: ABŞ İranla müharibədə yüksək dəqiqlikli uzaqmənzilli raketlərin, demək olar, hamısını istifadə edib

4 Avqust 2026
img

ABŞ ordusu İranla beş ay davam edən müharibə zamanı yüksək dəqiqlikli uzaqmənzilli raket ehtiyatlarının böyük hissəsini istifadə edib.

Bu barədə "Reuters" silah ehtiyatları ilə bağlı üç məlumatlı mənbəyə istinadən xəbər yayıb.

Məlumata görə, söhbət əsasən ABŞ ordusunun yer-yer tipli ATACMS (Army Tactical Missile System) və PrSM (Precision Strike Missile) raketlərindən gedir.

Mənbələrdən ikisinin sözlərinə görə, ABŞ bu silahların "demək olar hamısını" istifadə edib. Bu isə ölkənin gələcək mümkün münaqişələrə hərbi hazırlığı ilə bağlı narahatlıqları artırıb.