• 27 °C
|

Rubio və Almaniya XİN başçısı Rusiya-Ukrayna müharibəsində davamlı sülhü müzakirə edib

25 Avqust 2026
img

ABŞ dövlət katibi Marko Rubio ilə Almaniyanın xarici işlər naziri Yohann Vadeful arasında telefon danışığı olub.

APA xəbər verir ki, ABŞ Dövlət Departamentinin məlumatına görə, tərəflər Rusiya-Ukrayna müharibəsi ətrafındakı vəziyyəti müzakirə ediblər və iki ölkə arasında davamlı sülhün əldə olunmasının vacibliyini vurğulayıblar.

Telefon danışığı zamanı həmçinin Hörmüz boğazında gəmiçiliyin azad və təhlükəsiz şəkildə həyata keçirilməsinin təmin olunması məsələsi müzakirə edilib. Tərəflər İranın nüvə silahı hazırlamaması və ya əldə etməməsinin vacibliyinə dair mövqelərini də təsdiqləyiblər.