• 31 °C
|

Todd Blanşın ABŞ-ın baş prokuroru vəzifəsinə namizədliyi təsdiqlənib

11 Avqust 2026

ABŞ Senatı prezident Donald Trampın sabiq şəxsi vəkili Todd Blanşın ölkənin baş prokuroru vəzifəsinə namizədliyini təsdiqləyib.

APA xəbər verir ki, Blanşın namizədliyi Senatda 50 lehinə, 49 əleyhinə səslə qəbul edilib.

Səsvermədə bütün demokratlarla yanaşı iki respublikaçı senator – Syuzan Kollinz və Liza Murkovski də onun əleyhinə çıxıb.

Blanş daha əvvəl ABŞ Ədliyyə Nazirliyində baş prokuror müavini vəzifəsində çalışıb və 2026-cı ilin aprelindən Pam Bondinin vəzifədən uzaqlaşdırılmasından sonra baş prokuror səlahiyyətlərini icra edib.

Onun təsdiqlənməsi bir sıra respublikaçı senatorlarla aparılan danışıqlardan sonra mümkün olub.