• 22 °C
|

Tramp: ABŞ İranın son hücumunda bir raketin hədəfə çatmasına bilərəkdən imkan verib

31 Avqust 2026

ABŞ İranın son hücumda istifadə etdiyi bütün raketləri zərərsizləşdirib, yalnız bir raketdən başqa.

Bunu ABŞ prezidenti Donald Tramp “Fox News”a açıqlamasında deyib.

O bildirib ki, ABŞ özü bilərəkdən həmin raketin hədəfə dəyməsinə imkan verib.

“Çünki bu raketin elə də mühüm bir yeri vurmasını gözləmirdik”, – ABŞ Prezidenti qeyd edib.

Tramp əlavə edib ki, İran ABŞ nümayəndələri ilə görüşməyə can atır, amma rəsmi Tehranın etibarlılığı sual altındadır.