• 14 °C
|

Tramp: ABŞ zənginləşdirilmiş uranı İrandan ABŞ-a gətirməyə çalışacaq

18 Aprel 2026
img

ABŞ zənginləşdirilmiş uranı çıxarmaq və onu ABŞ-a geri gətirmək üçün İranla birlikdə çalışacaq.

Bunu cümə günü “Reuters”ə müsahibəsində ABŞ prezidenti Donald Tramp deyib.

"Biz bunu bir araya gətirəcəyik. İranla birlikdə, sakit bir templə gedib qazıntı işlərinə başlayacağıq. Biz onu ABŞ-a geri gətirəcəyik", – Tramp bildirib.

Qeyd edək ki, İranın 60%-ə qədər təmizlənmiş 900 funtdan çox (təxminən 408 kq) zənginləşdirilmiş urana sahib olduğu ehtimal olunur və nüvə proqramı məsələsi ABŞ-İran danışıqlarında ən çətin məsələlərdən biridir.