• 25 °C
|

Tramp digər ölkələrin ABŞ-a hücum etməyəcəyinə əmindir

1 Sentyabr 2026
img

ABŞ Prezidenti Donald Tramp ABŞ-ın digər dövlətlərin hücumuna məruz qalmaq təhlükəsinin olmadığını bildirib.

APA xəbər verir ki, Ağ Evdə çıxışı zamanı Tramp müharibə və digər fövqəladə hallar zamanı dərman istehsalı üçün zəruri maddələrin ölkədə ehtiyatda saxlanılmasının vacibliyini vurğulayıb.

“Lakin heç kim bizə hücum etməyəcək. Bilirsiniz niyə? Çünki onlar ağıllıdırlar”, – deyə Tramp əlavə edib.

ABŞ Prezidenti, həmçinin administrasiyasının ölkədə dərman qiymətlərinin aşağı salınmasına yönəlmiş bir sıra tədbirlər gördüyünü bildirib.