
“Orta hesabla gecə ərzində ABŞ qüvvələrinin dəstəyi ilə Hörmüz boğazından 30 gəmi keçir”.
APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Hörmüz boğazında hər şey tam qaydasındadır. Ötən gecə Hərbi Dəniz Qüvvələrinin dəstəyi ilə oradan çoxlu sayda gəmi keçib”, – Tramp əlavə edib.
Boğazdan orta hesabla gecə ərzində 30 gəminin keçdiyini vurğulayan Tramp sözlərinə belə davam edib: “Bu, çox böyük rəqəmdir. Həmçinin çoxlu neft daxil olur. Məhz buna görə də neftin qiymətinin ola biləcəyi qədər artdığını görmədiniz”.