
ABŞ prezidenti Donald Tramp radikal HAMAS hərəkatının tamamilə tərksilah edilməsindən sonra İsrail qüvvələrinin Qəzza zolağından çıxacağını açıqlayıb.
APA xəbər verir ki, Tramp bu barədə öz “Truth Social” hesabında məlumat verib.
"Bu, Trampın 20 maddəlik planının həyata keçirilməsində mühüm addımdır. Bu razılaşma diqqətlə planlaşdırılmış mərhələlərdə həyata keçiriləcək. Tərksilah tamamlandıqdan sonra İsrail qüvvələri geri çəkiləcək və beynəlxalq qüvvələri həm sakinləri, həm də qonşuları üçün Qəzza zolağının təhlükəsizliyini təmin etmək üçün Fələstin polisi ilə birlikdə çalışacaq", – Tramp bildirib.