• 29 °C
|

Tramp: İranla razılaşma əldə etməyə üstünlük verərdim

6 Avqust 2026
img

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranla məsləhətləşmələri davam etdirdiyini və razılaşmaya nail olmağa ümid etdiyini bildirib.

APA xəbər verir ki, Amerika lideri bu barədə Nevada ştatının Las-Veqas şəhərinin ətrafında çıxışı zamanı danışıb.

"İnsanları öldürmək istəmədiyim üçün razılaşma əldə etməyə üstünlük verərdim. Amma biz dialoq aparırıq. Gəlin görək nə baş verəcək", – deyə Tramp bildirib.

Onun sözlərinə görə, İran hakimiyyəti ABŞ-yə hörmətlə yanaşır.