
ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner tezliklə Ukraynaya səfər edəcəklər.
APA xəbər verir ki, bu barədə Tramp “Financial Times” qəzetinə müsahibəsi zamanı danışıb.
"Tramp FT-yə diqqətinin Rusiya ilə Ukrayna arasındakı müharibəyə son qoymaq olduğunu bildirib və əlavə edib ki, elçiləri Cared Kuşner və Stiv Uitkoff yaxın günlərdə ilk dəfə Ukraynaya səfər edəcəklər", – məlumatda deyilir.
"Sadəcə desək, biz Ukrayna ilə Rusiya arasındakı müharibənin bitməsini istəyirik. Biz raketlərlə deyil, sülhlə maraqlanırıq", – Tramp deyib.