06 Sen 2026

Yəmənin “Ənsar Allah” hərəkatı ölkə səmasında Səudiyyə Ərəbistanına məxsus “Wing Loong II” kəşfiyyat və hücum PUA-sını vurub.
APA xəbər verir ki, bu iddianı hərəkatın hərbi sözçüsü Yəhya Saria səsləndirib.
"Yəmən silahlı qüvvələri düşmən missiyasını yerinə yetirərkən Səudiyyə Ərəbistanına məxsus “Wing Loong II” kəşfiyyat pilotsuz təyyarəsini vura biliblər", – o bildirib.
Onun sözlərinə görə, pilotsuz təyyarə bu səhər ölkənin cənub-qərbindəki Taiz əyalətindəki Maqbanna rayonunun hava məkanında vurulub.