• 17 °C
|

İsrail Yəmənin Hüdeyda limanına zərbələr endirəcək

16 Sentyabr 2025
img

İsrail ordusu Yəmənin Hüdeyda limanı ətrafında yaşayan sakinlərin təxliyəsinə çağırış edib.

APA İsrail mətbuatına istinadən xəbər verir ki, bu barədə ordunun ərəbdilli sözçüsü Aviçay Adraee xəbərdarlıq edib.

“İsrail ordusu yaxın saatlarda hücuma keçəcək. Öz təhlükəsizliyinizə görə, Hüdeyda limanında olanları və orada lövbər salmış gəmiləri dərhaltəxliyəsinəçağırırıq. Ərazidə qalan hər bir kəs öz həyatını təhlükəyə atır”,- ordunun sözçüsü vurğulayıb.