• 18 °C
|

Roma Papası Livana səfər edəcək

20 Avqust 2025
img

Roma Papası XIV LeoLivana səfər edəcək.

APA “Reuters”ə istinadən xəbər verir ki, bu Livan katolik kilsəsinin rəsmisi kardinal Bechara Rai bəyanat verib.

Onun bildirdiyinə görə, səfər dekabr ayına kimi baş tuta bilər.

Vatikan hələlik bu xəbəri təsdiqləməyib.

Qeyd edək ki, Livanda iki milyondan çox katolik yaşayır.