• 16 °C
|

SEPAH: İranda 6 terrorçu öldürülüb

1 Oktyabr 2026
img

İranın cənub-şərqində 6 terrorçu öldürülüb.

APA-nın Tehran bürosunun məlumatına görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunları Zahidan şəhərində terror aktı həyata keçirməyə hazırlaşan terrorçu qruplaşmanın müəyyən edilərək zərərsizləşdirildiyini açıqlayıb.

Məlumata görə, bu gün səhər keçirilən əməliyyat zamanı qruplaşmanın 6 üzvü öldürülüb.

Əməliyyat zamanı terrorçulardan bir neçə partlayıcı qurğu aşkar edilərək götürülüb.