• 16 °C
|

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın Baş Qərargah rəisləri hərbi əməkdaşlığı müzakirə edib

1 Oktyabr 2026
img

Məkkə Müdafiə İttifaqı çərçivəsində Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyənin Baş Qərargah rəisləri 25 sentyabrda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda görüş keçiriblər.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Görüşdə üç ölkənin silahlı qüvvələri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, hərbi koordinasiyanın və imkanların inteqrasiyasının artırılması yolları müzakirə olunub.

Həmçinin, çəkindirmə qabiliyyətinin və kollektiv müdafiənin gücləndirilməsi məsələləri nəzərdən keçirilib.