• 16 °C
|

Türkiyənin Soma kömür mədənində uçqunda 2 nəfər ölüb – YENİLƏNİB-1

1 Oktyabr 2026
img

Somada mədəndə baş verən çökmə nəticəsində ölənlərin sayı 2-yə yüksəlib.

APA-nın Türkiyə bürosu xəbər verir ki,Ədliyyə naziri Akın Gürlek açıqlamasında uçqun altından daha bir işçinin nəşinin çıxarıldığını bildirib.

Digər işçilərin çıxarılması üçün axtarış-xilasetmə işləri davam etdirilir.

***
18:14

Türkiyədə mədəndə uçqun altında qalan 1 nəfər ölüb.

APA-nın Türkiyə bürosu xəbər verir ki,bunu səhiyyə naziri Kamal Memişoğlu bildirib.

***

16:17

Türkiyənin Manisa vilayətinin Soma rayonunda yerləşən mədəndə uçqun baş verib.

APA-nın Türkiyə bürosu xəbər verir ki,ilkin məlumatlara görə, hadisə zamanı mədəndə 7 işçi olub.

Onlardan 2-si xilas edilib, 5 işçinin isə dağıntılar altında qaldığı bildirilir.