02 Okt 2026

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəməndəki husilərin (“Ənsar Allah”) krallığın cənubundakı Xamis-Muşayt şəhəri istiqamətində buraxdığı üç ballistik raketi ələ keçirərək məhv edib.
Bu barədə koalisiyanın açıqlamasına istinadən Səudiyyə Ərəbistanının SPA agentliyi məlumat yayıb.
Bildirilib ki, raketlər husilər tərəfindən Xamis-Muşayt istiqamətində buraxılıb.
Hadisə nəticəsində ölən və ya yaralananlar, həmçinin dağıntılar barədə məlumat verilməyib.