• 13 °C
|

Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi nəzərdən keçirir

2 Oktyabr 2026
img

Yaponiya hakimiyyəti Rusiyaya qarşı növbəti sanksiyalar paketinin tətbiqi imkanını nəzərdən keçirir.

Bu barədə “Yomiuri” qəzeti hökumətdəki mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Avropa İttifaqı ölkələrinin son vaxtlar Moskvaya qarşı sanksiya təzyiqini gücləndirməsi fonunda Yaponiyanın da yeni məhdudiyyətlərə qoşulması istisna edilmir.

Yeni sanksiyaların Rusiyanın “kölgə donanması” adlandırılan gəmilərini əhatə edə biləcəyi bildirilir. Bundan başqa, Rusiyaya qarşı ixrac məhdudiyyətlərinin genişləndirilməsi və ixrac nəzarətinin sərtləşdirilməsi imkanları müzakirə olunur.

Məsələ Rusiya Prezidenti Vladimir Putinin İturup adasına səfəri fonunda da gündəmə gəlib. Tokio səfərə etiraz edib.

Rusiyanın Tokiodakı səfiri Nikolay Nozdryov isə Yaponiya tərəfinin reaksiyasını əsassız adlandırıb və Cənubi Kuril adalarının Rusiyanın ayrılmaz hissəsi olduğunu bildirib.