29 Apr 2026

Rusiya rəqəmsal “Dəmir pərdə”nin arxasında qalıb.
APA xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Avropa parlamentində çıxışı zamanı bildirib.
O deyib ki, Aİ-nin sanksiyaları Rusiyanın müharibə iqtisadiyyatını “boğur”.
Aİ liderinin sözlərinə görə, sanksiyaların təsiri o qədər güclüdür ki, Kreml internetə çıxışı məhdudlaşdırır.
“Rusiya rəqəmsal “Dəmir pərdə”nin arxasında qalıb. Amma tarix bir şeyi göstərir ki, divarlar gec-tez dağılır”, – Ursula von der Leyen əlavə edib.