• 7 °C
|

Almaniyada qıcıqlandırıcı maddənin püskürdülməsi nəticəsində 11 nəfər xəsarət alıb

5 Yanvar 2025
img

Almaniyada Türingiyadakı ticarət mərkəzində qıcıqlandırıcı maddənin püskürdülməsi nəticəsində 11 nəfər xəsarət alıb.

APA xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Məlumata görə, polis və yanğınsöndürənlər hadisə yerinə cəlb olunub.

11 zərərçəkəndən 9-u xəstəxanaya yerləşdirilib.

Qıcıqlandırıcı maddə püskürdən ərazidən şəxs qaçıb.