14 Apr 2026

Böyük Britaniya Hörmüz boğazına minaaxtaran gəmilər göndərməyi planlaşdırır.
Bu barədə "The Daily Telegraph" məlumat yayıb.
Məlumata görə, London ABŞ-ın blokada təşəbbüsünə qoşulmayacaq, lakin regionda təhlükəsizliyin təmin edilməsi üçün minaaxtaran qüvvələr yerləşdirəcək.
Britaniya hökuməti digər ölkələrlə birlikdə boğazda gəmiçiliyin bərpası üzərində işlədiyini bildirib.