
Böyük Britaniya 1 yanvar 2027-ci il tarixindən etibarən üçüncü ölkələrdə Rusiya xam neftindən istehsal olunan dizel yanacağı və kerosin idxalını qadağan edəcək.
APA xəbər verir ki, bu barədə Biznes və Ticarət Nazirliyi tərəfindən verilən lisenziyada deyilir.
Nazirlik onu da qeyd edib ki, 19 mayda elan edilən bu yanacağa tətbiq edilən güzəşt müvəqqəti olub.
"Keçid dövründə Böyük Britaniyanın təchizat zəncirlərini dəstəkləmək üçün hədəflənmiş lisenziya tətbiq edildi. Bu, dizel yanacağı və kerosinin idxalının davam etməsinə imkan verdi və yeni məhdudiyyətlər qüvvəyə mindiyi müddətdə lazımi rahatlığı təmin etdi. Lisenziya əvvəlcə müvəqqəti idi və Rusiyaya təzyiqi artırmaq üçün mümkün qədər tez ləğv edilməsi nəzərdə tutulurdu", – bəyanatda bildirilir.