• 25 °C
|

BVF Kiyevlə 690 milyon dollarlıq tranş üzrə ilkin razılığa gəlib

13 İyun 2026
img

Beynəlxalq Valyuta Fondu (BVF) Ukrayna hökuməti ilə yeni kredit dəstəyi proqramı çərçivəsində 690 milyon dollarlıq tranş üzrə ilkin razılığa gəlib.

APA xəbər verir ki, bu barədə BVF-nin yazılı açıqlamasında bildirilib.

“BVF-nin əməkdaşları və Ukrayna hökuməti dörd illik dəstək proqramının ümumi məbləği 8,1 milyard dollar olan ilkin icmalından sonra işçi qaydada razılığa gəliblər.

Fondun İcraçı Direktorlar Şurası tərəfindən təsdiqlənərsə, Ukrayna təxminən 690 milyon dollara çıxış əldə edəcək və proqram çərçivəsində mövcud olan ümumi məbləği 2,2 milyard dollara çatdıracaq”, – bəyanatda qeyd olunub.