• 7 °C
|

Parisdə Fransanın Aİ-dən çıxması tərəfdarlarının mitinqi keçirilib

5 Yanvar 2025
img

Parisdə Fransanın Avropa İttifaqından çıxması tərəfdarlarının mitinqi keçirilib.

APA xarici KİV-ə istinadən xəbər verir ki, mitinq Fransanın Vətənpərvərlər Partiyasının çağırışı ilə təşkil olunub.

“2025-ci il Fransanın nəhayət Avropa İttifaqı və NATO-dan çıxacağı il olmalıdır”, – Vətənpərvərlər partiyasının lideri Florian Filippo nümayişdə çıxış edərkən deyib.

Aksiya zamanı mitinq iştirakçıları Avropa İttifaqının bayrağını cırıblar.