Türkiyəli futbol şərhçisi Erman Toroğlu istintaqa çağırılıb.
APA “Milliyet” qəzetinə istinadən xəbər verir ki, onun barəsində efirdə səsləndirdiyi fikirlərə görə istintaq başladılıb.
O, dezinformasiya yaymaqda ittiham olunur.