|

Zelenski Putinlə hətta Antarktidada görüşməyə hazırdır, lakin Moskvada yox

10 Noyabr 2026
img

Ukrayna Prezidenti Volodimir Zelenskiy Rusiya Prezidenti Vladimir Putinlə dünyanın istənilən yerində, hətta Antarktidada görüşməyə hazırdır.

APA xəbər verir ki, bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəsi Andrey Melnik BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib.

Diplomat Moskvanın belə bir görüş üçün məqbul yer olmadığını qeyd edib.

Melnik deyib ki, Ukrayna tərəfi Əbu-Dabidə keçiriləcək üçtərəfli danışıqların nəticələrini gözləyir.

“Görək Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlar hansı nəticələri verəcək. Ancaq bir məsələ aydındır: ən yüksək səviyyədə sammit olmadan siyasi irəliləyişə nail olmaq çətin olacaq. Məhz buna görə də Ukrayna Prezidenti Putinlə ilk fürsətdə görüşməyə hazırdır – istər dekabrda Floridada, istər G20 sammiti çərçivəsində, istərsə də dünyanın hər hansı başqa yerində, lazım gələrsə, hətta Antarktidada. İstənilən yerdə, yalnız Moskvada yox”, – Melnik vurğulayıb.