• 11 °C
|

Bakıda keçirilən dünya çempionatında Çexiya Argentinanı məğlub edib

22 May 2025
img

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında növbəti görüş baş tutub.

"Report" xəbər verir ki, G qrupunun oyununda Çexiya yığması Argentinanı məğlub edib.

Milli Gimnastika Arenasında keçirilən görüş Çexiyanın 2:1 hesablı qələbəsi ilə nəticələnib.

Qeyd edək ki, bu gün baş tutan digər görüşlərdə İspaniya Qananı (3:0), İndoneziya Kosta Rikanı (1:0) məğlub edib. Monteneqro – Tailand matçında heç-heçə qeydə alınıb – 1:1.

Foto: Məhəmməd Ağayev