• 27 °C
|

“Fənərbaxça” 18 il sonra UEFA Çempionlar Liqasında mübarizə aparacaq

27 Avqust 2026
img

Türkiyənin “Fənərbaxça” klubu 18 illik fasilədən sonra UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanıb.

APA xəbər verir ki, İstanbul təmsilçisi pley-off mərhələsinin cavab oyununda Fransanın “Lion” klubunu səfərdə 2:1 hesabı ilə məğlub edib.

İlk görüşdə komandalar İstanbulda 1:1 hesablı heç-heçə etmişdi. Beləliklə, iki oyunun nəticəsinə əsasən “Fənərbaxça” 3:2 hesabı ilə qalib gələrək Çempionlar Liqasının liqa mərhələsinə yüksəlib.

“Fənərbaxça” sonuncu dəfə 2008/09 mövsümündə turnirin əsas mərhələsində mübarizə aparıb.