29 İyl 2026

Türkiyənin "Fənərbaxça" klubu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsini uğurla adlayıb.
APA xəbər verir ki, İstanbul təmsilçisi cavab oyununda səfərdə Polşanın “Qurnik Zabje” komandası ilə 1:1 hesablı heç-heçə edib.
İlk görüşdə rəqibini məğlub edən "Fənərbaxça" iki oyunun nəticəsinə əsasən 2:1 hesablı üstünlüklə növbəti təsnifat mərhələsinə vəsiqə qazanıb.